Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb”

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb”

Novxanı sakinləri isə barelyefin oğurlandığını bildirirlər.

"Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindən çıxarılmış barelyef əslində kənar şəxslər tərəfindən oğurlanmayıb”.

Bu barədə Abşeron rayonu Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, həmin lövhə əslində Novxanı bələdiyyəsi tərəfindən çıxarılıb:

"Bizdə olan məlumata görə, bələdiyyə barelyefin yerini dəyişmək məqsədilə onu çıxarıb. Oğurluq faktı ilə bağlı heç bir şikayət, məlumat idarəmizə daxil olmayıb”.

Novxanı sakinləri isə barelyefin oğurlandığını bildirirlər. 

Qeyd edək ki, yanvarın 15-nə keçən gecə Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən, hazırda uşaq bağçası olaraq fəaliyyət göstərən evinin önündə yerləşən anım lövhəsi oğurlanıb. Səhər açılanda kənd sakinləri  üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər. (Modern.az)

Bakucity.az

Məmməd Əmin barelyef
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər