Bakıda imtahanların vaxtı dəyişdirildi - Tələbələrə müraciət

Bakıda imtahanların vaxtı dəyişdirildi - Tələbələrə müraciət, Javid

İfrat təhlükəli hava şəraiti ilə bağlı imtahanların vaxtı dəyişdirilib

Bakucity.az xəbər verir ki, Bakı Dövlət Universitetində sabah ölkə ərazisində müşahidə edilməsi proqnozlaşdırılan ifrat təhlükəli hava şəraiti ilə bağlı imtahanların vaxtı dəyişdirilib.

Bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar olaraq Bakı Dövlət Universitetində 17 yanvar tarixinə təyin edilmiş imtahanlar 19 yanvar tarixinə, 18 yanvar tarixli imtahanlar isə 21 yanvar tarixinə keçirilib.

Bakucity.az

BDU
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər