Dünyaca məşhur bakılı fotoqraf Davos forumunda çıxış edəcək

Dünyaca məşhur bakılı fotoqraf Davos forumunda çıxış edəcək , Javid

Rəna Əfəndi Dünya İqtisadi Forumunda nitq deyəcək

Bakucity.az xəbər verir ki, məlumatı Rəna Əfəndi özünün "Facebook" hesabında paylaşıb. 

"Gələn həftə, Yanvarın 22-də Betazon Konqresində Davos İqtisadi Forumu çərçivəsində qadın müxtəlifliyi, güc və əzmkarlığını bayram edərkən, "Qadın İkonu" mövzusunda çıxış edəcəyimdən qürur duyuram" - məlumatda qeyd olunur. 

Qeyd edək ki, Rəna Əfəndi 1977-ci ildə Bakıda anadan olub. Onun mövzuları ətraf mühit, münaqişə sonrası cəmiyyət, sənayenin insanlara təsiri və sosial bərabərsizlik haqqındadır. Onun fotoları "Newsweek", "Financial Times", "Time Magazine", "National Geographic" və "Le Monde" kimi nəşrlərdə yer alıb. Rəna Əfəndi qlobal əhəmiyyətli bir çox mükafatlara layiq görülüb. 

Bakucity.az

Rəna Əfəndi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər