Bakıda yol polisi sürücülərə müraciət etdi

Bakıda yol polisi sürücülərə müraciət etdi, Javid

Yol polisi gücləndirilmiş iş rejimində çalışacaq

“Hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməldir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir”.

Bakucity.az xəbər verir ki, bunu açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, hava şəraitindən aslı olaraq sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir: “Hava şəraitindən aslı olaraq yollarda sürüşmə ehtimalı arta bilər. Mümkün qədər yol hərəkəti qaydalarına əməl etmək, nizam-intizamlı olmaq lazımdır”.

V.Əsədov piyadalara da müraciət edərək qeyd edib ki, onlar xüsusi olaraq piyadalar üçün ayrılan zolaqla hərəkət etməlidirlər: “Piyadalar bütün təhlükəsizlik qaydalara riayət etməlidirlər”.

DYP sözcüsü onu da bildirib ki, yol polisi gücləndirilmiş iş rejimində çalışacaq: “Enişli, yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürüləcək. Yol birləşmələrində hərəkəti nizamlamaq üçün əməkdaşlarımız nizamlayıcı qismində olacaq. Ona görə sürücülər nizamlayıcının hərəkətlərinə diqqət yetirməlidirlər”. (Report)

Bakucity.az

DYP Sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər