Bakıda “Maestro & Artists” adlı sərgi keçirilib - FOTO

Sərgi rəssam Arif Əzizin 75 illik yubileyinə həsr olunub.

Bakucity.az xəbər verir ki, yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru, “Şöhrət” ordenli Arif Əzizin və tələbələrinin “Maestro end Artists” adlı sərgisi açılıb.

Günün qəhrəmanını təbrik etmək üçün tanınmış rəssamlar, aktyorlar, rejissorlar, televiziya aparıcıları, maestronun tələbələri, həmçinin Fövqəladə Hallar naziri Kamaləddin Heydərov da sərgidə iştirak edib.

Rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgidə onun və 100-ə yaxın tələbəsinin əsərləri nümayiş edilib.

Bakucity.az-a verdiyi açıqlamada, Arif Əziz gələcək nəsillərin fəaliyyətinin inkişafının vacibliyini vurğulayıb:

"Bu gün mənim üçün əsl bayramdır, çünki sərgidə təkcə mənim deyil, həm də tələbələrim işləri təqdim olunur. 30-40 il əvvəl məzun olan və hazırda təhsil alan sənətkarlar... Bu gün onların hamısını birlikdə görməkdən çox məmnunam! Əsərlər çox maraqlıdır, hər kəsi təbrik edirəm”.

Fransanın Azərbaycandakı səfiri Aurelia Bouchez təqdim olunan əsərlər barədə səmimi heyranlığını ifadə edib:

"Bu, ən məşhur sənətkarlardan birinin möhtəşəm sərgisidir. Bu layihədə müxtəlif rəssamların müxtəlif cərəyanlarda işlədikləri əsərlərlə tanış olmaq imkanı var. Bu sənət əsl hədiyyədir, fərdi üslublar - bu isə əsil uğurdur”.

Rəssam Əli Şamsi isə Arif Əzizin və onun tələbələrinin əsərlərində olan davamlı inkişafdan bəhs edib:

"Bu sərgi bu günün ritminə uyğun hərəkət edir. Təqdim olunan əsərlərdə gələcəyin dinamikasını görə bilərsiniz. Hesab edirəm ki, Arif müəllimin tələbələri heç nədən qorxmamaq və yalnız irəli hərəkət etməyin lazım olduğunu göstərirlər".

Aktyor, rejissor, publisist, rəssam, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə Bakucity.az-a maestro ilə uzunmüddətli dostluq münasibətlərindən danışıb:

"Arif müəllim mənim ağsaqqalım, mənim müəllimimdir.  O, 80- 90-cı illərində yaşayan gənclərə gözəl geyinməyi, düzgün yaşamağı və danışmağı, cəmiyyətdə davranmağı, özümüz olmağı, gerçək bir vətəndaş olmağı öyrədib. Onu 1989-cu ildən, yəni tam 30 ildən bəri tanıyıram. Onu sevirəm, ona hörmət edirəm, ona can sağlığı və uzun ömür arzuluyıram."

Tədbirdə Aysel Mansurova, Ravana Kamilzadə, Azər Əliyev, Zöhrab Cabbarov, Gülçin Malikova, Jalə İbrahimova, Şarqiya Əfəndizadə, Bəhram Bağırzadə, Vəfa Nadirzadə, Pərviz Heydəroğlu, Aysel Əziz, Vüqar Əli, Mir Azər Abdullayev, Ülvi Abdullayev, Lalə Abdullayeva, Sevinc Ələsgərova, Fəxriyyə Məmmədova və s. kimi bir çox məşhur rəssamların əsərləri nümayiş etdirilib. 

Arif Əzizin 75 illik yubileyi çərçivəsində təşkil edilən silsilə sərgilər sırasında hazırkı ekspozisiyanı üslub və janr əlvanlığından asılı olmayaraq xarakterizə edən əsas, prinsipial amil rəssamın bu günədək tələbələrinə öyrətdiyi səmimiyyətdir. Konseptual sərgi silsiləsini davam etdirən “Maestro end Artists” qrup sərgisi rəssamın yubileyi çərçivəsində Azərbaycan və onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətli bir layihədir. Müasir incəsənətimizin yeni formatlı sərgisində rəssam-maestro öz tələbələrinin əhatəsində təqdim olunur.

Qeyd edək ki, sərgi yanvarın 18-dək davam edəcək.

Züleyxa İsmayılova

Bakucity.az

Arif Əziz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
23 baxış avqust
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
"Sport-pub"larda sərin pivə ilə matç izləməkdən həzz alın Azarkeşlik etdiyi komandaların oyunlarını “sport-pub”larda sərin pivə içə-içə izləmək istəyənlərin sayı az deyil. Bakucity.az bu materialda oxucuları paytaxtda pivə içə-içə matç izləyə biləcəkləri üç “sport-pub” ilə tanış edəcək  “Beer Station Pub” Paytaxtda populyar “sport-pub”lardan hesab olunan  “Beear Station Pub”ın müdiri Pərvin Təhməzovun sözlərinə görə, bura Nizami küçəsində 24 adda dadlı məz...
Hadisələr
Paytaxtda dəhşətli qəzanın qarşısı son anda alınıb Bakucity.az xəbər verir ki, "10 TH 407" dövlət nömrə nişanlı marşurut avtobusu piyada keçidinin üstündə saxlayıb. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onu ötmək istəyib. Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçıb. Qadın isə onun ardınca gedib. O, son anda yük maşının altına düşməkdən xilas olub. "Kamaz"ın sürücüsü manevr edib, eyni zamanda qadın uşağın əlind...
Cəmiyyət
"Mixail Zatulivetrovdan Bakı sahillərinin cazibədar anı”  Bakucity.az xəbər verir ki,  "Apple” şirkətinin direktoru Tim Kukun paytaxtımızla bağlı paylaşım edib. O, "Twitter” hesabında Bakı bulvarı haqda tvit atıb. Qeyd edək ki, Tim Kukun rəsmi "Twitter” səhifəsini 11 milyondan çox insan izləyir. Bakucity.az
Mədəniyyət
"Jara 2020"-yə hazırlıq prosesinə başlanıb Bakucity.az xəbər verir ki, xalq artisti Emin Ağlarov 2020-ci ildə keçirəcəyi "Jara" beynəlxalq musiqi festivalı haqda açıqlama verib. Müğənni "İnstagram" hesabında bildirib ki, növbəti dəfə beynləxlaq musiq festivalının gününü uzatmağı düşünür.  "Fikirləşirəm, bəlkə "Jara"nı gələn il beşgünlük edək? Sizcə, "Jara" 5 il olacaq?". O, izləyicilərinə festivalda hansı ulduzu görmək istədikləri ilə bağlı suallar ünvanla...
Hadisələr
Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub Bakucity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da Bakı şəhər Baş Polis İdarəsinə daxil olub. Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbər...
Hadisələr
Paytaxtda daha bir yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospekti (Çermet körpüsünə çatmamış - “20 Yanvar” dairəsi istiqamətində) iki avtomobil toqquşub. Qəza nəticəsində ərazidə sıxlıq yaranıb.  Bakucity.az
Paytaxtda 15 yaşlı qız itkin düşüb
Paytaxtda 15 yaşlı qız itkin düşüb Bakucity.az  xəbər verir ki, ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib. İtkin düşən qızın atası bildirib ki, qohumlarının dediyinə əsasən, Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək aparıb: "Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O saatlarla hansısa bir şəxslə telefonla danışırdı...
Hadisələr
Avtoxuliqanlıq edən sürücü ilə polis arasında qarşıdurma yaşanıb Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yara...
Cəmiyyət
Binalarda istismar müddəti ötmüş bütün liftlər dəyişdiriləcək Bakucity.az xəbər verir ki, Bir neçə gün əvvəl Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin Wittur Holding GMBH şirkəti ilə razılaşdırdığı qrafikə uyğun yeni liftlərin növbəti hissəsi Bakıya gətirilərək alinan liftlərin sayı 145-ə çatdırılıb. Xaricdən göndərilmış liftlər və digər avadanlıq Bakıda tələb olunan kömrük prosedurlarını keçərək “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil ve...