BDU-da imtahanlar ictimai nəzarət altında keçirildi

BDU-da imtahanlar ictimai nəzarət altında keçirildi

2018/2019-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında imtahanlara baxış keçirilib.

Bakucity.az xəbər verir ki, imtahanlara baxış Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, millət vəkilləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.

İctimai nəzarətin əsas məqsədi imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Bakucity.az

BDU
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər