“Bizim həyət” Sabunçu rayonunda - Fotolar

“Bizim həyət” Sabunçu rayonunda - Fotolar

Məqsəd təmirsiz həyətlərin abadlaşdırılmasıdır.

Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Bizim həyət” layihəsi davam edir.

Yanvarın 16-da isə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Sabunçu rayonu, Sülh küçəsi 14/1, 14/2 ünvanında 1000 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.

Sabunçu rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsin də abadlaşdırılan on 15-ci həyətdir.

Layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi üçün paytaxtda abadlaşdırılmaya ehtiyacı olan həyətlər barədə məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə hər kəs tərəfindən təqdim edilə bilər. 

“Bizim həyət” Sabunçu rayonunda - Fotolar, fotoşəkil-1 “Bizim həyət” Sabunçu rayonunda - Fotolar, fotoşəkil-2

Bakucity.az

Həmiz həyət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər