Beyons Bakıya gəlir?

Beyons Bakıya gəlir?, Javid

Ulduz müğənninin "Formula 1"də çıxış edəcəyi deyilir

Bakucity.az xəbər verir ki, dünyaca məşhur müğənni Beyonsun Azərbaycana gələcəyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə yayılan afişada 37 yaşlı pop ulduzun adı əks olunub. Qeyd olunub ki, Beyons Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edəcək. 

“Baku Grand Prix” şirkətinin mətbuat katibi Nigar Arpadarai  Bakıya gələcək ulduzların adının hələ müəyyənləşmədiyini qeyd edib: “İndi dəqiq məlumat verə bilməyəcəyik. Çünki ulduzlarla danışıqlarımız gedir, yekun qərar verilməyib.  Beyonsun gəlib-gəlməyəcəyi barədə cavab vermək tezdir. Biz 1 ay sonra Azərbaycana hansı dünya ulduzlarının gələcəyini müəyyənləşdirəcəyik”. (Qafqazinfo)

Bakucity.az

Formula 1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər