“Qiymətlərimiz hər kəsə münasibdir, - restoranın administratoru açıqlamasında bildirib və davam edib: 1 pay “Tay acılı-turş” şorbası (toyuq əti ilə) 7, dəniz məhsulları və krivet isə 13 manatadır. Müştərilərimizin çox sifariş verdiyi “Qızardılmış ördək” (ədviyyatlı) yeməyinin 1 payı 28 manata təklif edilir. Tərəvəzli yemək “Lo han”ın 1 payı 14 manatadır”.
Admnistrator qeyd edib ki, səhər 10:00-dan 20:00-a qədər açıq olan restoranda endirimlər zamanı 2 nəfərlik pay sifariş vermək, orta hesabla 15-17 manata başa gəlir.
“Hong-Kong” restoranında da aşpazlar Çindən gətirilib. Administrator qiymətlərin menyuya görə dəyişdiyini deyib:
“Məsələn, I növ yeməklərə daxil olan 1 pay “Tərəvəzli Çin şorbası” 7 manata, “Əriştə” şorbasının dəniz məhsulları ilə hazırlanan növünün 1 payı 12 manata, toyuqla hazırlananı isə 8 manata servis edilir. 3 növdə hazırlanan “Tay hindqozu Şorbası” restoran müştərilərinin tez-tez sifariş etdiyi yeməklər sırasındadır. Bu şorbanın toyuq əti ilə olan növünün 1 payı 8, dəniz məhsulları və krivet ilə olanı isə 12 manata təklif edilir. “Çin düşbərəsi”nin 1 payı – dana əti ilə 10, krivetka ilə 12 manata servis edilir. Burada 2 nəfərin nahar və ya şam etməsi üçün 35-40 manat xərcləməsi lazım gəlir”.
“Shin Shin”in admnistratoru saytımıza açıqlamasında bildirdi ki, restoranda 2 nəfərin nahar etməsi üçün cəmi 15-25 manat da kifayət edər:
“Bizdə ən çox verilən sifarişə biznes-lanç daxildir, lakin indi konkret qiymət deyə bilmirik, çünki hər gün fərqli menyular təqdim edirik. Ən məşhur şorbamız 1 payı 12 manat olan “Acılı-turş şorba”dır. Ən çox sifariş verilən yemək isə, “Seşuan” üslubunda hazırlanan donuz ətidir, onun 1 payı 18 manata satılır”.