Bakıda külək TIR-ı aşırdı - FOTO

Bakıda külək TIR-ı aşırdı - FOTO, Javid

Güclü küləyin aşırdığı TIR-ın sürücüsü xəstəxanaya yerləşdirilib

Bakucity.az xəbər verir ki, hadisə Ələt-Astara yolunda baş verib.

Bakıdan Qobustan istiqaməti ilə hərəkət edən TIR-ı güclü külək dəmir arakəsmələrin üzərinə aşırıb. Nəticədə, yük maşınının sürücüsü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını xəsarət alan şəxsi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, sürücü Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü İrkam Şamildir:

"Sürücünün qol və baldır nahiyəsində əzilmələr var. Hal-hazırda vəziyyəti yaxşıdır".

Hadisə nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəyib. (Trend)

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər