Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi

Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi

 “Mən aktrisa olmaq üçün dünyaya gəldim…”

Bakucity.az xəbər verir ki, yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amalya Pənahovanın xatirəsinə həsr olunmuş tədbir Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində keçirilib.

Gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək görkəmli aktrisa ilə bağlı xatirəsini bölüşüb:

“Xatirələr dünyasında ölüm-itim, vaxt yoxdur. Mən xətirələrimə qayıdanda gözlərimin önündə səhnəyə çıxan gənc bir aktrisa Amalya xanım canlanır. O, səhnəyə özü ilə birgə gəncliyin təravətini, cazibəsini gətirdi və bir çox obrazlar yaratdı. Xoşbəxtəm ki, sənət yollarımda Amalya xanımla birgə işlər görmüşəm. Dram Teatrında Təhminə obrazını canlandırdı, lakin ən böyük arzularından biri də bu obrazı kinoda da canlandırmaq idi. Amalya xanım aramızda yoxdur, amma təsəlli odur ki, xatirələr dünyası da gerçək dünya qədər realdır. Onları xatırlayan sonuncu adam yaşayanadək onlar yaşayacaqlar. Amalya xanım da minlərlə seyrçisinin, heyranının qəlbində yaşayacaq”, - deyə Xalq yazıçısı bildirib.

Xalq artisti Eldar Quliyev isə Amalya xanımın ömür yolu və yaradıcılığına nəzər salaraq bildirib ki, onun sənəti onu sevənlərin qəlbində həmişə yaşayacaq:
“O, peşəkar aktrisa, sənətinin vurğunu idi və heç bir roldan imtina etməzdi. Rejissorlar isə onunla işləməkdən zövq alırdı. Amalya xanım, sənətdə, səhnədə, kamera qarşısında yaşayırdı”.

Tədbirdə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Qənirə Paşayeva və başqaları Azərbaycan teatr və kino sənətində Amalya Pənahovanın bənzərsiz sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından, yaratdığı bir-birindən maraqlı obrazlar qalereyasından söhbət açıblar.

Gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunub, teatr səhnəsində və kinoda canlandırdığı filmlərdən fraqmentlər təqdim edilib.

Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-1 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-2 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-3 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-4 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-5 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-6 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-7 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-8 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-9 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-10 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-11 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-12 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-13 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-14 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-15 Bakıda Amalya Pənahovanın xatirisinə həsr olunan tədbir keçirildi, fotoşəkil-16

Bakucity.az

amalya pənahova
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər