Xəzər dənizində gəmilər hündür dalğalarla çarpışır - VİDEO

Xəzər dənizində gəmilər hündür dalğalarla çarpışır - VİDEO, Javid

Güclü külək Xəzərdə 7-metr hündürlüyündə dalğalar yaradıb

Bakucity.az xəbər verir ki, bu gün Bakıda yaşanan güclü külək və əlverişsiz hava şəraiti Xəzər dənizində özünü daha da sərt şəkildə göstərib. Verilən məlumata görə, bu gün dənizdə dalğaların hündürlüyü 7 metrədək qalxıb. Bu isə dənizdəki gəmilərə çətin anlar yaşadıb. 

Qeyd edək ki, ifrat təhlükəli hava şəraiti ilə əlaqədar olaraq, Xəzər dənizindəki gəmiçilər dünən təxliyyə ediliblər. 

Xəzərdəki son anları oxucularımıza təqdim edirik. Görüntülər bir neşə saat öncə qeydə alınıb.

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər