“Üçüncü günün adamı” filmi “YARAT”da

“Üçüncü günün adamı” filmi “YARAT”da

Ekran əsərinin xronometrajı 90 dəqiqədir.

Bakucity.az-ın verdiyi məlumata görə, yanvarın 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Üçüncü günün adamı” filmi nümayiş ediləcək.

Babək Şirinsifətin quruluşunda təqdim ediləcək ekran əsərinin xronometrajı 90 dəqiqədir. Film Azərbaycan dilində nümayiş olunacaq.

Həyatının 17 ilini həbsxanada keçirmiş Sadıq şərti olaraq azadlığa buraxıldıqdan sonra keçmişi ilə bağlı onu narahat edən suallara cavab tapan zaman seçim qarşısında qalır.

Bakucity.az

Yarat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər