Küləyə görə Bakıda metrostansiyanın çıxışı bağlandı

Küləyə görə Bakıda metrostansiyanın çıxışı bağlandı, Javid

"Elmlər Akademiyası" stansiyasının əsas çıxışı bağlanıb

Bakucity.az xəbər verir ki, bu barədə  "Bakı Metropoliteni"nin  mətbuat xidmətinin məlumat verilib. 

"İki gündür ki, Bakıda güclü şimal küləyi hökm sürür. Güclü külək stansiyanın giriş və çıxışlarında təhlükə yaradır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bu günlərdə sərnişinlərin az olmasını nəzərə alaraq stansiyanın əsas çıxışı bağlanıb. Hazırda giriş və çıxış stansiyanın əsas girişi ilə həyata keçirilir. Əgər sərnişin sıxlığı müşahidə olunarsa, əsas çıxış açılacaq. Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından hələ ki, sərnişin sıxlığı yoxdur", - məlumatda deyilir. 

Bakucity.az

Bakı metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər