Bakıda qeyri-iş günlərinin sayı azaldılacaq? - AÇIQLAMA

"Qeyri-iş günlərinin çoxluğu işin keyfiyyətinə mənfi təsir göstərir"

2019-cu ildə beşgünlük iş həftəsinə 242 iş günü, 103 istirahət günü və iş günü hesab edilməyən 18 bayram, 1 səsvermə, 1 də hüzn günü var. Bəzi ekspertlərin fikrincə, ölkədə qeyri-iş günlərinin sayı çoxdur. Azərbaycanda neft gəlirlərinin bol olduğu dövrdə əhalinin rahatlığı üçün çox sayda qeyri-iş günü müəyyən edilmişdi. Amma artıq ölkədə iqtisadiyyat sahəsində köklü dəyişikliklər baş verir. İndi əhalinin işləməsi və vergi ödəməsi təşviqatı aparılır. Bu amilləri nəzərə alanda, ölkədə qeyri-iş günlərinin sayı azaldıla bilərmi? Bakucity.az mövzu ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrənib. 

Azərbaycan bayram günlərindəki qeyri-iş günlərinin sayına görə dünya rekordçularındandır

Vüqar Bayramov hesab edir ki, qeyri-iş günlərinin çoxluğu dövlət və özəl setorda işin keyfiyyətinə mənfi təsir göstərir:

“Azərbaycan dünyada bayramlardakı qeyri-iş günlərinin sayına dünya liderlərindəndir və praktiki olaraq bizdə il ərzində qeyri-iş günlərinin çox olması, o cümlədən həm dövlət, həm də özəl sektorda işçinin işləmədiyi günlərinin sayının kəskin artımına gətirib çıxarır. O baxımından təbii ki, qeyri-iş günlərinin sayına nazirlik tərəfindən baxılması və qeyri-iş günlərinin sayının beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var. Sözsüz, qeyri-iş günlərinin sayı ilə bağlı qəbul edilmiş və ya hamı tərəfindən qəbul edilən beynəlxalq standart hələlik yoxdur, amma beynəlxalq standart deyəndə biz daha çox inkişaf etmiş ölkələrdə tədbiq edilən qeyri-iş günlərinin sayını nəzərdə tuturuq. Azərbaycanda  bu günlərin sayı həmin ölkələrlə müqaisədə 2 dəfəyə yaxın çoxdur, yəni bizdə daha çox qeyri-iş günləri var". 

Qeyri-iş günlərinin azaldılması əməkhaqlarına təsir edə bilər

Ölkədə qeyri-iş günlərinin sayının azaldılmasını təklif edən ekspert bildirir ki, belə olarsa, vergi ödəyicilərinin sayı artacaq: 

“Qeyri iş günlərinin sayının azaldılması vergi ödəyicilərinin sayına təsir göstərəcək. Çünki həm dövlət, həm özəl sektorda nə qədər çox iş olursa nəticə etibarilə bu o qədər çox yerli dəyərin yaranmasına imkan verir. Belə ki, vergiyə cəlb edilən dövriyyə genişlənir.  Dövlət müəssisələrində ödənişlər adətən aylıq olur, bu səbəbdən güman etmirəm ki, bu məsələ əmək haqlarının məbləğinə bütövlükdə ciddi təsir göstərsin, amma özəl sektorda və bir sıra müəsisələrdə ödənişlər işlənən günün və saatların sayına görə hesablanır. Yəni qeyri-iş günlərinin sayı azaldılarsa, bu müəssisələrdə əmək haqqlarının artırılması mümkündür”, - deyə Vüqar Bayramov fikrini tamamlayıb. 

2019-cu ilin qeyri-iş günləri

Yeni il bayramı üçün hesablanan qeyri-iş günlərini artıq geridə qoymuşuq, qarşıdan isə 20 Yanvar – Ümumxalq hüzn günü gəlir. Ardınca isə:  8  Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5, 6 iyun – Ramazan  bayramı, 15 İyun – Milli Qurtuluş  günü, 26 İyun – Silahlı Qüvvələri  günü, 12, 13 avqust – Qurban bayramı,  9 noyabr – Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ölkədə qeyri-iş günləridir.

Rəsmi açıqlama

Əmək və Əhalinin sosial müdafiəsi nazirliyindən Bakucity.az-a qısaca bildirilib ki, hazırda qeyri-iş günlərinin sayına baxılması və azaldılması məsələsi müzakirə olunmur. Nə bu gün, nə də yaxın zamanlarda mövzu ilə bağlı dəyişikliklər də gözlənilmir. Buna görə də qurum əlavə açıqlama verməyə ehtiyac duymayıb. 

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Qeyri-iş günləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
5596 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Oktyabrın 14-də Bakının Nərimanov rayonu, Nazim Hacıyev küçəsində quraşdırılan “kitab dayanacağı” sökülüb. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BakuCity.az-a açıqlamasında bildirib: “Məndə olan məlumata görə, həmin köşk SOCAR tərəfindən quraşdırılıb və dünən elə həmin şirkətin əməkdaşları tərəfindən demontaj olunub. İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən isə həmin ərazi nəzarətə g...
Hadisələr
Bakıda tikintidə ölüm hadisəsi baş verib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı qeydə alınıb. Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu inşaat ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək mey...
Siyasət
Bakıda müxalifətin bu günə təyin edilən mitinqi təxirə salınıb. BakuCity.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə elan edib. O qeyd edib: "Dostlar, mitinqin təşkilatçılarının kütləvi şəkildə həbs edilməsi, həmçinin ölkədə və xaricdə yaşayan dostların aksiya ilə bağlı ciddi təxribatlar hazırlanması barədə ötürdüyü məlumatların ciddiliyi Milli Şuranın koordinasiya mərkəzinin üzvləri arasında yenidən müzakirə edilmiş və 19 oktyabra...
Cəmiyyət
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müşavirədə 2020-ci il yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın qüvvəyə minəcəyi bildirilib.  Enerji içkilərinin saxlanma və daşınması ilə bağl...
Hadisələr
Bakının Yasamal rayonunda yol qəzası baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb. Vüqar Əmircanov idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə işıqforun yaşıl işığından keçən zaman hələlik şəxsiyyəti məlum olmayan sürücü “Tofaş” markalı nəqliyyat vasitəsilə ona çırpılıb. Həmçinin oxu: Bakıda ağır qəza: xarab olub yolda qalan "Qazel"ə çırpıldı - VİDEO Qəza zamanı yolda sıxlıq yaranıb. “Tofaş”...
Ekologiya
Bakıda istirahət günlərinin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 19-20-də paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-36 dərəcə isti təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Oktyabrın 15-də Azərbaycanın paytaxtında keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıya gələn jurnalist Ahmet Hakan təəssüratlarını bölüşüb. BakuCity.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, jurnalist “Gözümdə kiçiltdiyim Bakıdan xəcalət çəkərək qayıtdım” başlıqlı yazı yazıb. O qeyd edib ki, Bakıya “Qafqazın...
Hakimiyyət
Bakıda qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən deyib. İlham Əliyev bildirib ki, paytaxtda qəzalı vəziyyətdə olan, məcburi köçkünlərin məskunlaşdığı yataqxanalar boşaldılandan sonra həmin yataqxanaların yerində yeni binalar tikilə bilər: Həmçinin oxu: Prezidentdən Bakı yolları ilə...
Cəmiyyət
"Bakı Metropoliteni" QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib. BakuCity.az "Report”a istinadən məlumat verir ki, bu barədə qurumun rəisi Zaur Hüseynov əmr imzalayıb. Onların bəzilərinin adları məlum olub. Z.Hüseynovun əmrinə əsasən, metronun "Şah İsmayıl Xətai" stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək "Sahil" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək "Şah İsmayıl Xətai" stan...