Bakıda şadlıq sarayında ofisiant müştərini bıçaqladı

Bakıda şadlıq sarayında ofisiant müştərini bıçaqladı, Javid

Hadisə "Təbrik" şadlıq sarayında baş verib.

Bakucity.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib.

Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu 1981-ci il təvəllüdlü Muradov Rəcəb Baba oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı  cinayət işi başlanıb. (Trend)

Bakucity.az

Bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər