“Pegasus” Ankaradan Bakıya uçuşlar həyata keçirəcək

“Pegasus” Ankaradan Bakıya uçuşlar həyata keçirəcək, Javid

Dəyəri 89,99 dollar olan biletlərin satışı artıq başlayıb.

Bakucity.az xəbər verir ki, Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq Ankaradan Bakıya reyslər həyata keçirəcək.

Uçuşlar həftədə dörd dəfə - bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri baş tutacaq.

Dəyəri 89,99 dollar olan biletlərin satışı artıq başlayıb.

“Pegasus Airlines” təyyarələr Ankaranın Esenboğa hava limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirəcək. (Trend)

Bakucity.az

Peqasus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər