Bazar günü Bakıda bu yollar bağlanacaq - SİYAHI

Bazar günü Bakıda bu yollar bağlanacaq - SİYAHI

Dövlət Yol Polisi İdarəsi açıqlama yayıb

Bakucity.az xəbər verir ki, 20 Yanvar günü səhər saat 08:00-dan etibarən Parlament prospektinə gedən yollarda nəqliyyatın hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.

Bu sözləri mətbuata BPİ Dövlət Yol Polisi İdarəsi polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsi qurbanlarını yad edən vətəndaşların rahat, təhlükəsiz hərəkətinin təmin olunması üçün paytaxt ərazisində yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

“Parlamanet prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti istiqaməti dəyişdiriləcək.

Vətəndaşlardan xahiş olunur ki, qeyd edilən istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər. Mümkün qədər ictimai nəqliyyata üstünlük versinlər”.

Bakucity.az

DYP Sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər