Ebru Gündeşi Bakıya gətirəcəyini deyən şirkət rəhbəri həbs olundu

Ebru Gündeşi Bakıya gətirəcəyini deyən şirkət rəhbəri həbs olundu, Javid

Tanınmış prodakşn rəhbəri 200 min manatlıq dələduzluqda ittiham olunur.

Bakucity.az xəbər verir ki, “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verdirəcəyini deyib.

T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.

Xatırladaq ki, T.Vəlizadə “Velizadə prodakşın”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edirdi. (Report)

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər