Bakı-Odessa və Bakı Xarkov avirareysləri açılacaq

Bakı-Odessa və Bakı Xarkov avirareysləri açılacaq

“Buta Airways” Xarkov və Odessaya uçuşlara başlayacaq

Bakucity.az xəbər verir ki, Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Ukraynanın Xarkov və Odessa şəhərinə uçuşlara başlayacaq. 

Odessaya uçuşlar bu il mayın 16-dan etibarən həftənin cümə axşamı və bazar günləri, Xarkova uçuşlar isə mayın 3-dən etibarən həftənin çərşənbə axşamı və cümə günləriyerinə yetiriləcək.

Qeyd edək ki, "Buta Airways" artıq Bakı və Kiyev arasında müntəzəm uçuşlar həyata keçirir.

Aviaşirkətin digər istiqamətləri kimi Odessa və Xarkova da minimal tarif bir tərəfə 29 avro təşkil edəcək. 

Bakucity.az

Buta
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər