Bakıda yeni avtobuslar üçün sürücü axtarılır

Bakıda yeni avtobuslar üçün sürücü axtarılır, Javid

Bakı Nəqliyyat Agentliyi“D” kateqoriyalı sürücülər axtarır

Bakucity.az xəbər verir ki, işə götürüləcək şəxslər ölkəyə gətirilməsi planlaşdırılan yeni avtobuslarda işləyəcək. 

Vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək.

Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər işlə təmin olunacaq.

Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:

1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);

2. Tibbi arayış;

3. “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi;

4. Şəxsiyyət vəsiqəsi.

Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-ci kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etməlidirlər. Əlaqə nömrəsi: (+994) 50 254 11 38

Bakucity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər