Bakıda bəzi yol nişanlarında dəyişiklik ediləcək

Bakıda bəzi yol nişanlarında dəyişiklik ediləcək, Javid

Bakı Nəqliyyat Agentliyi açıqlama yaydı

Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma, durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilməkdədir. 

Bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb. Bunu nəzərə alaraq dayanma və durmanın qadağan olunan yerlərdə yenidən 3.27 nişanının tələbinin günün saatlarına və həftənin iş və qeyri-iş günlərinə uyğun qüvvədə olması, onun qüvvədə olduğu sahənin dəqiqləşdirilməsi, bəzi yerlərdə həmin nişanın durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edilməsi ilə bağlı məsələlər nəzərdən keçirilir. 

Növbəti ayda təhlillərin nəticəsində məqsədəuyğun hesab olunan yerlərdə mövcud nişanlarda qanunvericiliyin tələbinə uyğun dəyişikliklər ediləcək.

Bakucity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər