Bakıda "Kulis" adlı yeni əyləncə məkanı açıldı

Bakıda "Kulis" adlı yeni əyləncə məkanı açıldı

Məkan müştərilərə bir çox üstün xidmətlər təklif edir

Bakucity.az xəbər verir ki, Mirzağa Əliyev küçəsi 244 ünvanında yerləşən "KULİS Bar & Cafe” 2 hissədən ibarətdir. Burada canlı musiqiyə qulaq asmaq istəyənlər üçün kafe zalı, daha sakit yer arzulayanlar üçün isə bar fəaliyyət göstərir. Məkanın açılış günü Yanvarın 18-ə təsadüf edib. 

"KULİS Bar & Cafe”ın admnistratoru Nicat Qulam saytımıza açılamasında bildirib ki, burada hər gün canlı musiqilər, peşəkar teatr tamaşaları, sevilən sənət xadimləri ilə görüşlər, şeir axşamları, "stand up"-lar, yaradıcılıq təqdimatları üçün imkanlar var. Məkana əylənməyə gələnlər üçün həftəlik şeir, türk və şərq musiqi axşamları və s. olacağı nəzərdə tutulub. Məkanda təqdim olunacaq hər cür spirtli və spirtsiz içikilər, cürbəcür çərəzlər, "fast food"-lar büdcəyə uyğun qiymətlərlə servis ediləcək”.

Admistrator onu da vurğulayıb ki, məkan burada fəaliyyətə başlayan Bakı Musiqi Akademiyasının tələbələrinə xüsusi imkan yaradır ki, hər gün müxtəlif insanların, tamaşaçıların qarşısına canlı pərformansla çıxış etsinlər.

Bakucity.az

KULİS
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər