Bakıda “İntizar” operası nümayiş olundu

Bakıda “İntizar” operası nümayiş olundu

Operanın libretto müəllifi, akademik Nərgiz Paşayevadır

20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbirlərdən biri də Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş edilən Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası olub.

AZƏRTAC xəbər verir ki, 11 il bundan əvvəl yazılmış əsər özündə Azərbaycan xalqının fikir və arzularını, vətənpərvərliyini və qələbəyə olan inamını tərənnüm edir. Operanın libretto müəllifi, akademik Nərgiz Paşayevadır.

F.Əlizadənin “İntizar” operası yazıldığı 2007-ci ildən bir neçə dəfə dəyişdirilib: opera, həmçinin konsert ifası formasında (dirijor – Xalq artisti Fəxrəddin Kərimov), Heydər Əliyev Sarayının səhnəsində tanınmış opera rejissoru, Rusiyanın Xalq artisti Dmitri Bertmanın rəngarəng əfsanəvi təqdimatında da nümayiş etdirilib. Son versiya əsasında film-opera akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihəsi əsasında yaradılıb. Azadlıqsevər Azərbaycan xalqının faciəli və unudulmayan tarixi səhifələrinə həsr edilən “İntizar” operasının bu müxtəlif interpretasiyaları bir daha əsərin hələ də tükənməyən yaradıcı potensialını nümayiş etdirir. (AzərTac)

Bakucity.az

Opera
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər