Bakıda maye qaz daşıyan yük maşını aşdı - VİDEO

Bakıda maye qaz daşıyan yük maşını aşdı - VİDEO

Ötən gecə paytaxtın Mikayıl Əliyev küçəsində yük maşını aşıb.

Bakucity.az xəbər verir ki, İran vətəndaşının idarə etdiyi maye qaz daşıyan yük maşını dönmə əməliyyatı zamanı idarəetməni itirib, nəticədə, 22 tonluq yük maşınını aşırıb.

Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Ərazi nəzarətə götürülüb, avtomobillərin giriş və çıxışı məhdudlaşdırılıb. 

Qeyd edək ki, qəzaya uğrayan yük maşınının içərisi boş olub. (Oxu.az)

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər