Bakının doğum evlərində yeni standartlar tətbiq ediləcək

Bakının doğum evlərində yeni standartlar tətbiq ediləcək, Javid

UNİCEF ilə əməkdaşlıq nəzərdə tutulur.

Bakucity.az xəbər verir ki, doğum evlərində (şöbələrində) “Körpə dostu” xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulur.

Bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib.

Onun sözlərinə görə, “Körpə dostu” xəstəxana standartlarının ən əsas xüsusiyyətlərindən biri yeni ana olmuş qadınlara düzgün məsləhətlərin verilməsidir. Bu məsləhətlərdən biri də uşağın müəyyən yaşa qədər yalnız ana südü ilə qidalanması ilə bağlıdır.

UNİCEF rəsmisi əlavə edib ki, UNİCEF bu istiqamətdə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq çərçivəsində UNİCEF xidmətlər paketində uşaq və anaların ehtiyac duyduğu əsas xidmətlərin müvafiq keyfiyyət standartları əsasında təmin edilməsinə dəstək göstərəcək:

“Məqsəd odur ki, Azərbaycanda ana və uşaqlar ehtiyac duyduğu xidmətlərdən ən optimal şəkildə istifadə etsinlər. Biz də bu sahədə iş birliyinin olmasını çox həvəslə gözləyirik. Hesab edirik ki, bu əməkdaşlıqdan növbəti illərdə minlərlə ana və uşaq bəhrələnəcək”. (Trend)

Bakucity.az

Doğum evi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər