Bakı otellərində cütlüklərdən niyə nigah kağızı tələb olunur? – ARAŞDIRMA

Bakı otellərində cütlüklərdən niyə nigah kağızı tələb olunur? – ARAŞDIRMA, Javid

Dövlət agentliyi: qanunsuzluqla üzləşən vətəndaşlar məhkəməyə müraciət edə bilərlər

Bakıda son illərdə həm yerli, həm də əcnəbi turizm genişlənir. Paytaxda son dövrlərdə çox sayda otellər istifadəyə verilib. Amma bunların əksəriyyətində cütlüklərdən nigah kağızı tələb olunur. Bu, qayda əsasən azərbaycanlılara aiddir, çünki əcnəbilərə bir qayda olaraq belə bir şərt irəli sürülmür. Bu cür ayrı-seçkiliyin səbəbi nədir? Niyə oteldə qalmaq istəyən cütlük mütləq nigah şəhadətnaməsi təqdim etməlidir? Bu qanunvericiliyə uyğundurmu? Bakucity.az mövzu ilə bağlı araşdırma aparıb. Materialımızı təqdim edirik. 

Evliliyi sübut edən sənəd otelə giriş bileti kimi istifadə olunur

Mövzu ilə bağlı nigah şəhadətnaməsi tələb edən otellərlə əlaqə saxladıq. Bir çox otellərin nümayəndələri açıqlama verməkdən imtina etsələr də, bəziləri suallarımızı cavablandırdı. Bakının Novxanı qəsəbəsində yerləşən “AF HOTEL AQUA PARK”ın administratoru Elşən Süleymanov Bakucity.az-a yerli vətəndaşlardan niyə nigah haqqında şəhadətnaməni tələb etdiklərini açıqladı:

“Azərbaycan qanunvericiliyində otel və mehmanxanaların qonaqlama xidmətinə dair bu sənədi tələb edən xüsusi bir maddənin olmadığını bilirik, lakin biz bunu ona görə edirik ki, məkanımızın səviyyəsinə xələl gəlməsin. Buranı əxlaqsızlıq yuvasına çevirmək məqsədi ilə müraciət edən müştərilər nigahı sübut edən sənədin tələb olunduğunu görəndə ikinci dəfə məkanımıza müraciət etmirlər. Biz bu yolla özümüzü insan alverinə qarşı da sığortalamış oluruq”.

“İçərişəhər Bakı” otelinin əməkdaşı İlhamə Quliyeva isə saytımıza açıqlamasında belə dedi:

Bakı otellərində cütlüklərdən niyə nigah kağızı tələb olunur? – ARAŞDIRMA, fotoşəkil-1
Bakı otellərində cütlüklərdən niyə nigah kağızı tələb olunur? – ARAŞDIRMA, fotoşəkil-1

“Bizə rəhbərlikdən tapşırıq verilib, nigah şəhadətnaməsi təqdim etməyən azərbaycanlı kişi ilə qadını otelə yerləşmək üçün icazə vermirik. Çünki bəzi insanlar əksər hallarda otellərdən əxlaqsızlıq məqsədi ilə istifadə edirlər. Məlum məsələdir ki, Bakıya bir günlük gələn turistlər, ölkəsindən bura əxlaqsızlıq məqsədi ilə üz tutmazlar. Yerli və xarici vətəndaşlıqları olan cütlükləri isə sırf xarici vətəndaşın təhlükəsizliyi baxımından qəbul etmirik. Bunu etsək, risk etmiş olarıq. Bunu vaxtaşırı yayımlanan kriminal xəbərlərdən də görürük. Bir sözlə, hər şey məlumdur, hamı görür”.

 İçərişəhərdə yerli vətəndaşlardan nigah şəhadətnaməsi tələb edən daha bir otel  “OLD CİTY İNN”dir.  Adını açıqlamaq istəməyən otel administratoru da məkana nigah kağızı olmadan yerləşməyə icazə verilmədiyini bildirib. 

Nigah şəhadətnaməsi tələbi ayrı-seçkilik və qanunaziddir

Əvvəlcədən qeyd edək ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində mehmanxanaların göstərdiyi qonaqlama xidmətindən istifadə edərkən xidmət istehlakçılarının təqdim etməli olduqları sənədlərin siyahısı öz əksini tapmayıb. Mövzu ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyi Bakucity.az-ın sorğusuna cavabında bildirib ki, mehmanxana və istehlakçı arasındakı münasibətlər mülki hüquq qanunvericiliyinə uyğun tənzimlənir və tərəflər arasında bağlanmış müqaviləyə əsaslanır:

"“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa (hansı ki, qanunvericilik mehmanxana xidmətlərindən istifadə üçün nikah şəhadətnaməsinin təqdim edilməsini tələb etmir), istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Otellər tərəfindən müvafiq xidmətlərdən istifadə etmək istəyən şəxslərdən nigah şəhadətnaməsinin tələb edilməsi və bu səbəbdən xidmətin göstərilməsindən imtina edilməsi həmin şəxslərə qarşı ayrı-seçkilikdir və onları qonaqlama xidməti sahəsində tələbatlarının digər istehlakçılar (nikah şəhadətnaməsi təqdim edən şəxslər) ilə bərabər qaydada ödənilməsindən məhrum edir.

Hüquqları bu şəkildə pozulan vətəndaşlar nə etməlidirlər?

Agentliyin sözçüsü əlavə edib ki, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və məhkəməyə müraciət etmək hüququna malikdirlər:

Bakı otellərində cütlüklərdən niyə nigah kağızı tələb olunur? – ARAŞDIRMA, fotoşəkil-2
Bakı otellərində cütlüklərdən niyə nigah kağızı tələb olunur? – ARAŞDIRMA, fotoşəkil-2

“İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər”.

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Hotel nigah şəhadətnaməsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. BakuCity.az məlumatda deyilənləri təqdim edir: 28 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb. BakuCity.a...
Cəmiyyət
Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir. BakuCity.az bu barədə "Report"a xəbər verir. Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır. Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur. BakuCity.az
Cəmiyyət
Azərbaycan ordusu yeni ərazilərimizi işğaldan azad edib. Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! BakuCity.az xəbər verir ki, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb. BakuCity.az
Cəmiyyət
"Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa, gözümüz görməz". "Sonuncu dəfə cənab Putinlə görüşdük. İndi gəlin bu işə son qoyaq. İstəsəniz, bu problemi birlikdə həll edə bilərik. Siz Paşinyanla görüşün, mən də qardaşım İlhamla görüşüm. Gəlin bu işi xoş bir yolla həll edək. Nümayəndə heyətləri görüşsün. Ancaq gəlin bir şeyə qərar verək. Bu işi həll edə biləcəyik, yoxsa həll edə bilməyəcəyik?" BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcə...
Cəmiyyət
Ölən və yaralananların sayı açıqlanıb. Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda...
Cəmiyyət
“Ermənistan növbəti dəfə Bərdəyə qarşı “Smerç” raketlərindən istifadə edib”. Bakucity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb: “Dinc sakinlər arasında qurbanların olduğu deyilir”. (report) BakuCity.az
Cəmiyyət
Düşmən Bərdəni yenidən raket atəşinə tutub. Ermənistan silahlı qüvvələrinin Bərdəni yenidən raket atəşinə tutması nəticəsində ölənlər var. BakuCity.az xəbər verir ki, azı 5 mülki şəxs ölüb.  13:39 Ermənistan silahlı qüvvələri Bərdəni yenidən raket atəşinə tutub. BakuCity.az bu barədə "Report"a istinadən xəbər verir.  Raketlərdən birinin düşdüyü yerdən tüstü qalxdığı görünür. BakuCity.az
Cəmiyyət
Milli Məclisin deputatı Tahir Kərimlinin oğlu könüllü olaraq cəbhəyə yollanıb. BakuCity.az xəbər verir ki, bu barədə jurnalistlərə Vəhdət Partiyasının nümayəndəsi Vasif Əfəndi bildirib. Onun sözlərinə görə, deputatın oğlu Qarabağa bu gün yola düşüb. BakuCity.az
Cəmiyyət
Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər BakuCit...