Sərnişin avtobusu Bakıda 68 yaşlı qadını vurdu

Sərnişin avtobusu Bakıda 68 yaşlı qadını vurdu, Javid

15 nömrəli sərnişin avtobusu yaşlı qadını vuraraq təkərin altına atıb

Bakucity.az xəbər verir ki, hadisə ötən gün Qara Qarayev prospektində qeydə alınıb. Şahidlərin sözlərinə görə, 15 nömrəli sərnişin avtobusu yaşlı qadını vuraraq təkərin altına atıb. Nəticədə yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

3 saylı Şəhər Klinik Xəstəxanası açıqlama verib: "Sağ baldırının sınması, böyük ölçüdə zədələnərək soyulması xəsarətləri ilə gətirilib. Hazırda onun vəziyyəti sabit ağır olaraq qiymətləndirilir". (Trend)

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər