Dumanla bağlı Bakı sakinlərinə müraciət edildi

Dumanla bağlı Bakı sakinlərinə müraciət edildi

Bakı Nəqliyyat Agentliyi sürücülərə və piyadalara müraciət edib. 

Bakucity.az qurumun saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edildiyindən BNA sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir.

Eyni zamanda, piyadalardan xahiş edilir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

Bakucity.az

Bakı Nəqliyyat Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər