Bakı filarmoniyasında 20 Yanvar faciəsinin qurbanları anıldı - FOTO

Bakı filarmoniyasında 20 Yanvar faciəsinin qurbanları anıldı - FOTO

Qəhrəmanlar unudulmayıb, onların xatirəsi əbədi yaşayır.

Bakucity.az xəbər verir ki, yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil edilib.

Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə keçirilən tədbir faciənin 29-cu ildönümü münasibətilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində reallaşıb.

Əvvəlcə faciə zamanı ölkəmizin azadlığı uğurunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərin səsləndiyi bədii kompozisiya ilə davam edib.

Tədbir çərçivəsində Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib. (AzərTac)

Bakı filarmoniyasında 20 Yanvar faciəsinin qurbanları anıldı - FOTO, fotoşəkil-1 Bakı filarmoniyasında 20 Yanvar faciəsinin qurbanları anıldı - FOTO, fotoşəkil-2 Bakı filarmoniyasında 20 Yanvar faciəsinin qurbanları anıldı - FOTO, fotoşəkil-3 Bakı filarmoniyasında 20 Yanvar faciəsinin qurbanları anıldı - FOTO, fotoşəkil-4

Bakucity.az

20 yanvar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər