"Səbail" Rusiya və Serbiyadan olan futbolçuları baxışa çağırdı

"Səbail" Rusiya və Serbiyadan olan futbolçuları baxışa çağırdı

“Səbail” klubu baxışa iki yeni futbolçu cəlb edib.

Bakucity.az xəbər verir ki, Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu baxışa iki yeni futbolçu cəlb edib. Paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova saytımıza açılamasında bildirib ki, rusiyalı hücumçu Aleksey Qasilin və serbiyalı müdafiəçi İqor Ristivoyeviç artıq 2 gündür komandanın heyyətindədirlər.

23 yaşlı Qasilin Rusiya “Zenit”inin yetirməsidir. O, karyerası ərzində Almaniya “Şalke”sinin ikinci komandasında, vətənində “Amkar” və Portuqaliyanın “Akademiku de Vizeu” kollektivlərində çıxış edib.

31 yaşlı Ristivoyeviç isə vətəninda “Maçva”nın oyunçusu olub.

Qeyd edək ki, “Səbail” qış fasiləsində Elvin Yunuszadəni heyətinə qatıb.

Bakucity.az

"Səbayıl"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər