"Neftçi" Yunanıstan klubu ilə razılığa gəldi

"Neftçi" Yunanıstan klubu ilə razılığa gəldi

"Neftçi"nin 50 min avro təzminat ödəyəcəyi iddia olunub.

Bakucity.az xəbər verir ki, "Neftçi" Yunanıstanın OFİ klubunun hücumçusu Vangelis Platellasın transferini bitirmək üzrədir. məlumata görə tərəflər arasında razılıq əldə olunub. Razılığa əsasən isə, "Neftçi"nin 50 min avro təzminat ödəyəcəyi iddia olunub.

Bununla bağlı Yunanıstan mətbuatı xəbər yayıb.

Məlumatda qeyd olunur ki, V.Platellas ilə 1.5 illik müqavilə imzalanacaq. O, yeni klubunda ilinə 300 min avro qazanacaq.

V.Platellasın bu gün "Neftçi"nin düşərgəsinə gedəcəyi vurğulanıb.

Bakucity.az

"Neftçi"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər