Təmir gedən hissə üzrə hərəkət bərpa olunub
Bakucity.az xəbər verir ki, Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədə yazıb. O qeyd edib ki, təmir gedən hissə üzrə hərəkət bərpa olunub.
Qeyd edək ki, bu gün sözügedən prospektin "Monte Karlo" restoranı yaxınlığındakı hissəsində asfalt örtüyü təxminən 100 metr məsafədə çökmüşdü.
Bakucity.az