Bakıda Cəfər Cabbarlının ev muzeyi baxımsız vəziyyətdədir - ARAŞDIRMA

Acınacaqlı vəziyyətdə olan muzeyin aqibəti necə olacaq?

Bu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Görkəmli ədibin yubileyi münasibətilə artıq dövlət səviyyəsində bir çox layihələrin keçirilməsi planlaşdırılıb, müvafiq qurumlar bununla bağlı tədbirlər planı hazırlayıblar. Ancaq maraqlıdır ki, ədibin paytaxtın mərkəzində yerləşən ev muzeyi hələ də baxımsız vəziyyətdədir. Bakucity.az mövzu ilə bağlı araşdırma aparıb və sənətkarın ev muzeyinin niyə baxımsız vəziyyətdə qaldığını aydınlaşdırmağa çalışıb. 

Bu muzey hələ Sovet dövründə qurulub

Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44 ünvanında yerləşən, vaxtı ilə yaşayıb-yaratdığı ev 1979-cu ildən ədibin ev muzeyi kimi fəaliyyət göstərib. Muzeydə 10.000-dən çox eksponat – yazıçının həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, nadir əlyazmalar, yazıçının sağlığında istifadə etdiyi, özünə və ailəsinə aid şəxsi əşyalar, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri, tamaşalardan afişa və proqramlar, maraqlı rəsm əsərləri, görkəmli şəxsiyyətlərin dramaturqa bağışladıqları hədiyyələr, C.Cabbarlı ədəbi irsini tədqiq edən maraqlı elmi əsərlər, mətbuat nümunələri qorunub.

Ancaq xeyli müddətdir ki, muzeyi ziyarət etmək istəyən kəslər “muzey təmirə bağlanıb” cavabını alaraq içəri buraxılmırlar. Bu hal 2015-ci ildən keçərli idi. Binanın təmirinə gəlincə, hələ 10 il əvvəl (2009), görkəmli şəxsiyyətin 110-illik yubileyi zamanı muzeyin baxımsız vəziyyətdə olması, burada nəinki təmirə, hətta yenidənqurmaya ehtiyac olduğu bildirilirdi. Bugünlərdə biz məsələni aydınlaşdırmaq üçün bir daha muzeyin qapısını döydük və yenidən eyni cavabı aldıq: “muzey təmirə bağlanıb!”

Özümüzü təqdim edib sadə ziyarətçi olmadığımızı, mətbuatdan gəldiyimizi və təmir prosesi ilə maraqlandığımızı, bir neçə foto çəkib gedəcəyimizi bildirəndə isə, vəziyyət gərginləşdi. Xanım işçilərdən biri “muzey pis vəziyyətdədir, tavandan başınıza nəsə düşsə, bir hadisə baş versə, cavabdeh biz olacağıq”, - deyib qapını üzümüzə bağladı. Təəssüf ki, burada vəziyyət illər öncəkindən daha da acınacaqlı görünürdü.

Rəsmi qurumlar hansı tədbirləri görür?

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Buradan isə bizə bildirdilər ki, böyük dramaturqun yubileyi ilə əlaqədar sərəncama uyğun olaraq işlər görülür, ev muzeyinin vəziyyətinin yaxşılaşdırılması məsələsi də nazirliyin diqqətindədir. 

Sonda qeyd edək ki, şəhərin mərkəzinə yaxın yerləşən Cabbarlının ev muzeyinin hal-hazırda baxımsız, uçulub-dağılmaq üzrə olduğunu, burada heç bir təmir-tikinti prosesinin getmədiyini binanın yaxınlığından keçənlər öz gözlərilə şahid ola bilərlər. Görkəmli ədibin yubileyinə artıq bir neçə ay qalıb, o zamana qədər ev muzeyinin əsaslı təmir ediləcəyi inandırıcı görünmür. Amma ümid edirik ki, yaxın zamalarda Cəfər Cabbarlının adına layiq bir ev muzeyi görə biləcəyik. Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biri, müasir dilimizi və kimliyimizi formalaşdıran şəxsiyyətlərindən biridir. Ona qarşı etinasızlığa yol verilməyəcəyinə ümid edirik. Sonda oxucularımıza baxımsız vəziyyətdə olan ev muzeyinin fotolarını təqdim edirik. 

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Cəfər Cabbarlı ev muzeyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
192 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Bu ilin 9 ayında Bakıda 8023 cinayət hadisəsi qeydə alınıb. BakuCity.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində İdarənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Teymur Hacıyev bildirib. T.Hacıyev qeyd edib ki, cari ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə qeydə alınan həmin cinayətlərin 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə a...
Cəmiyyət
"HR BAKU" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə noyabrın 15-də “Boulevard Hotel Baku”da “HR Summit Baku 2019” beynəlxalq tədbiri baş tutacaq. Assosiasiyadan BakuCity.az-a verilən məlumata görə, 700 nəfərin istirak edəcəyi HR sammitdə beynəlxalq və yerli qurumların peşəkar mütəxəssisləri insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşacaqlar. Sammit zamanı spikerlər işçi sayının optimallaşdırılmas...
Cəmiyyət
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.  BakuCity.az xəbər verir ki, yığıncaqda Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA rəhbərliyi iştirak edirlər. Ümumi yığıncaqda AMEA prezidenti vəzifəsinə seçki keçirilib. Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə R.Mehdiyevin namizədliyini təkli...
Cəmiyyət
Bakıda xarici ölkələrdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə xammal və qablaşdırma paketləri gətirməklə qanunsuz fəaliyyət göstərən sexlər aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, həmin sexlərdə kustar üsulla pis keyfiyyətli kontrafakt tələbat məhsulları istehsal edilərək müxtəlif satış mərkəzlərinə paylanıb. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverd...
Cəmiyyət
"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, 2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlər uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilib): • Küveyt – 159 avro• Antalya – 169 avro...
Cəmiyyət
Yaxın vaxtlarda Bakıda ilk dəfə olaraq 5G şəbəkəsinin sınaqları aparılacaq. BakuCity.az xəbər verir ki, bunu "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Bildirilib ki, artıq bir həftədir Çinin “Huawei” şirkəti ilə belə bir eksperimental zona Heydər Əliyev Mərkəzində yaradılıb: "Hazırda bu şəbəkənin istismara verilməsi məqsədilə müvafiq qanunvericilik hazırlanır. Bu işlər hələ ilkin mərhələdədir. Paralel olaraq sahə ü...
Hakimiyyət
Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə M.Cabbarov İqtisadiyyat naziri təyin edilib. Qeyd edək ki, sabiq təhsil naziri M.Cabbarov İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009-2013-cü illərdə) vəzifəsində də çalışıb. BakuCity.az
Hadisələr
Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir. BakuCity.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri qəzanın baş verdiyi ehtimal olunan koordinatlarda axtarışlar aparır. Həmçinin oxu: Bakıdan dənizə çıxan 4 balıqçı itkin düşüb - Helikopterlə axtarırlar Eyni zamanda, Kiçikhəcmli Gəmilərə Nəzarət və...
Hadisələr
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, üç qız Heydər Əliyev prospektində yolu keçməyə çalışır. Bu zaman orta yoldakı sol zolaqla hərəkətdə olan avtomobil onları vurur. Həmçinin oxu: Bakıda sənədsiz sürücü qırmızı işıqdan keçdi, qəza törətdi - FOTO + VİDEO Qızlardan biri avtomobilin altında qalır. Digər ikisi isə yüngül xəsarətlə canını qurtarır. Qeyd edək ki, h...