Bakıda keçmiş qayınatasını öldürən şəxsə ağır cəza verildi

Bakıda keçmiş qayınatasını öldürən şəxsə ağır cəza verildi

Məhkəmə iclası bu gün başa çatıb.

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası bu gün başa çatıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə, məhkəmənin hökmü ilə Ş.Şabanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, S.Şabanov ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib.

Bakucity.az

qaynatasını öldürən
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər