Bakıda su sayğacı üçün müraciət asanlaşdı

Bakıda su sayğacı üçün müraciət asanlaşdı, Javid

Yeni elektron xidmət istifadəyə verildi

Bakucity.az xəbər verir ki,“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Su sayğaclarının quraşdırılması müraciəti” adlı yeni elektron xidməti istifadəyə verib. 

Bu xidmət vasitəsilə istehlakçılar su sayğacının quraşdırılması üçün müraciət edə bilərlər. 

Bunun üçün vətəndaşlar www.azersu.az saytında "Su sayğaclarının quraşdırılması müraciəti" bölməsini seçməli və şəxsiyyət vəsiqəsinin PİN kodu ilə giriş əldə etməlidir.

Müraciət edən şəxs tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə elektron formada daxil edilməlidir.

* Abonent kodu

* Müraciətin səbəbi

* Müraciət edənin əlaqə telefonu

* Müraciət edənin elektron poçt ünvanı

* Müraciətlə bağlı qeydlər.

Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir. 

 Bakucity.az

Azərsu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər