“Vəhşi” “Neftçi”dən ayrıldı

“Vəhşi” “Neftçi”dən ayrıldı

O, “Əl Uruba” klubunda oynayacaq.

Bakucity.az xəbər verir ki, “Neftçi” PFK futbolçu Kvame Karikarini icarəyə verib. Anlaşmaya əsasən, qanalı hücumçu iyunun 1-dək BƏƏ-nin “Əl Uruba” klubunda oynayacaq.

“Əl Uruba” hazırda BƏƏ çempionatının I divizionunda dördüncü sıradadır.

Azərbaycanda “vəhşi” ləqəbi ilə tanınan və 1.90 sm boyu olan Kvame Karikari bu mövsüm “Neftçi”nin heyətində 10 oyunda meydana çıxıb və 2 qol vurub.

Bakucity.az

Kvame Karikari
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər