Bu ölkədən Azərbaycana yeni turist axını başlayıb

Bu ölkədən Azərbaycana yeni turist axını başlayıb, Javid

Turistlərin sayında 175% artım var

Bakucity.az xəbər verir ki, 2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayında 175% artım olub. 

Bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu “Times of India” informasiya agentliyinə müsahibəsində deyib. O qeyd edib ki, son illərdə hindistanlı turistlərin Azərbaycana marağının artması nəticəsində ötən il 40 min turist gəlib.

Baş icraçı direktor bildirib ki, mühüm amillərdən biri də Azərbaycana səfər etməyin asan olmasıdır. Belə ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər. (Qafqazinfo)

Bakucity.az

Turist
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər