Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək

Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək , Javid

Bəzi küçələrdə bir neçə saatlıq parklanmalara icazə veriləcək.

Bakucity.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Vüsal Kərimli deyib.

Məsələ ilə bağlı araşdırmalar aparılır.

"Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Yerlərdəki vəziyyət müəyyənləşdirilir. Araşdırmalar başa çatandan sonra bu barədə müvafiq qərar veriləcək. Yəni, həmin ərazilərdə tıxac yaratmamaq şərti ilə yolun kənarında bir cərgə avtomobillərin saxlanmasına saatla icazə veriləcək. Yəni axşam saat 19:00-dan səhər saat 07:00-a kimi parklanmaya icazə veriləcək. 07:01-dən etibarən isə artıq həmin ərazilərdə parklanan avtomobillərə cərimə yazılacaq", - Vüsal Kərimli deyib. (Trend)

Bakucity.az

Bakı Nəqliyyat Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər