Bakıda bazarda yanğın olub

Bakıda bazarda yanğın olub, Javid

350-400 m² sahədə taxta materiallar yanıb

FHN-dən Bakucity.az-a verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 07:15-də söndürülüb.

Taxta bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb. Yanğın saat 03:48-də məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanında yanğınsöndürmə işləri aparıb.

Bakucity.az

Yanğın FHN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər