Bakıda bu sistem qurulmasa, fəlakət qaçılmazdır

Bakıda təzə çəkilmiş asfalt yolların çökməsinin səbəbi açıqlandı

Bakucity.az xəbər verir ki, ötən ilin dekabr ayında istifadəyə verilən “Babək” prospektinin bir hissəsində çökmə baş verib.

Bakı Tikinti İdarəsinin rəisi olmuş, ekspert Əzim Məsimov bu kimi çökmələrin əsas səbəbi kimi Bakıda kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasını əsas gətirib. O bildirib ki, əgər kanalizasiya sistemi qurulmasa, böyük fəlakətlər yaşana bilər: "Əvvəllər “Babək” prospekti və ətrafı zavod ərazisi, sənaye zonası olub. Həmin zavodlar köçürüldükdən sonra prospekt salındı. Yol salınan zaman hansı geoloji işlərin aparıldığını isə indi söyləmək çətindir. Əvvəllər müvafiq institutlar var idi ki, onların tərkibində geoloji kəşflər şöbəsi fəaliyyət göstərirdi. Hazırda həmin institutların əksəriyyəti ləğv olunub. Simvolik olaraq Bakı Dövlət Layihə İnstitutu qalıb ki, orada da yalnız bir neçə nəfər mütəxəssis işləyir. Vaxtında mütəxəssisləri qiymətləndirmədilər və əlaqə pozuldu. İşi bilənlər birdən-birə yoxa çıxdı, yeni heyət gəldi. Onlar da yalnız kompüter üzərindən layihələnmə aparırlar. Şəhərsalma kompüter üzərindən aparıla bilməz. Burada peşəkar mühəndis araşdırmaları aparılmalıdır. Bakı daş üstündə yerləşir. Bu daş isə monolit deyil, parçalanmalar var. Vaxtilə axmaz göllər yaradılmışdı ki, indi həmin göllərin suları daşların arası ilə süzülür. Getdikcə bu sular özünə yol tapır və əhatəsi genişlənir. İndi həmin çökmənin bu su axmaları ilə nə qədər əlaqəsi varsa, bunu aparılan işlərdən bilmək olar. Bakıda əsas problem kanalizasiya ilə bağlıdır. İçməli su verilir, kanalizasiya isə yoxdur. Nəticədə bu sular Abşeron ərazisinə çökür".

Ekspert bildirib ki, kanalizasiyaların iki növü var ki, Bakıda ikisində də problem var: “Birincisi, məişət sularının axıdılması, ikincisi isə yağış sularının axıdılması üçün istifadə olunur. Bunlar gərək elə tikilsin ki, hər ikisi suyu daşımaq gücündə olsun. Birincisi məişət sularını tutmaq gücündə olmalıdır, ikincisi isə yağış sularını. Bunlar dəqiq yerinə yetirilməyib. Məlumatlara görə,  Bakıda kanalizasiya sisteminin qurulması üçün layihə smetası müəyyənləşib. Bütün sistemi qurmaq üçün 13 milyard avro pul lazımdır. Bu, təbii ki, böyük məbləğdir. Ona görə də kanalizasiya sistemini birdən-birə qurmaq mümkün deyil. İndi proqram hazırlanarsa, 20-30 ilə sistem tamamilə tikilə bilər. Yəni problem çox dərindir və dərin olduğu qədər də vəsait tələb edir. Bu işi anlayan mütəxəssislər bir yerə cəlb edilib, işə başlanılmalıdır. Əgər bu gün işə başlanılmasa, fəsadlar get-gedə artacaq. Suyun əmələ gəlmə mexanizmi öyrənilməli, bunun əsasında qərarlar qəbul edilməlidir. Mən də şəhəri gəzərək, yaradılan gözəlliklərə tamaşa edirəm. Görürəm ki, şəhərdə xeyli quruculuq işləri aparılıb, uca binalar tikilir. Ancaq baxırsan ki, iki binanın arasından su çıxır. Ola bilər ki, bu binalar çöksün. Yollara, həmin binalara milyonlarla vəsait xərclənib. Eyni zamanda həmin binalarda iş, yaşayış var. Yol çökürsə, əvvəl-axır bina da çökə bilər. Kanalizasiya sistemi qurulmasa, fəlakət qapıdadır. Vaxtilə Bakının rəhbəri olmuş şəxslər üzərilərinə düşən işi görməyiblər. Onların səriştəsizliyi üzündən bu gün hər kəs əziyyət çəkir, yol çəkən qurumlar pis vəziyyətdə qalır. Çünki vaxtilə Bakını plansız tikiblər. Planla tikilən zaman kommunikasiya xətləri birinci çəkilir, əsas yollar salınır və yalnız bundan sonra tikinti aparılır. Bakının rəhbəri olan şəxslər isə milyardları alıb, harada gəldi tikintiyə icazə verdilər. Nə yol salındı, nə kommunikasiya xətləri çəkildi. Onlar oğurladılar, indi hökumət 13 milyard pul ödəməlidir. Yəni oğurlanan pulları axırda xalq ödəyir.  Bakıya hər gün milyon kubmetr su gəlir ki, onun da 40 faizi torpağa buraxılır. Təbii ki, belə olan halda sürüşmə də olar, çökmə də...”

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə “Babək” prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı. (Musavat.com)

Bakucity.az

Bakı kanalizasiya sistemi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Nizami rayonu ərazisində baş verib. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Mirzəyevə Leyla Əfras qızı yaralanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, ilkin müayinə zamanı ona baş beynin silkələnməsi diaqnozu qoyulub. Hadisə ilə bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb. COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb. BakuCity.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.  Məlumata görə, sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-n...
Cəmiyyət
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il...
Cəmiyyət
Azərbaycanda dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsait...
Hadisələr
Binəqədidə əl qumbarası tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə...
Ekologiya
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib. U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti...
Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...