Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir.
Bakucity.az xəbər verir ki, yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində şair-dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərlinin yaradıcılığına həsr olunmuş konsert keçirilib.
Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Konsertdə Xalq artisti Nazpəri Dostəliyeva, Əməkdar artist Almaz Orucova, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Nurlan Namazov, Rəvanə Əmiraslanlı, Pərviz Qasımov, Elgiz Əliyev, Kamilə Nabiyeva, Rövşən Əziz və müğənni Ayaz Qasımov musiqili qonaq qismində iştirak ediblər.
Konsertin son nömrəsi olan “Çıx yaşıl düzə” mahnısı Nazpəri Dostəliyeva, Rövşən Əziz, Rəvanə Əmiraslanlı və Ayaz Qasımovun ifasında səslənib.
İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.
Tədbirə əməkdar artist Rəşad İlyasov aparıcılıq edib.
Bakucity.az