Bakının ən yaxşı hovuzları və qiymətləri - ARAŞDIRMA

Bakının ən yaxşı hovuzları və qiymətləri - ARAŞDIRMA, Javid

Paytaxtda istənilən fəsildə hovuzda üzmək olar

Üzgüçülük insan bədənini qüvvətləndirən ən sağlam idman növlərindən biri hesab olunur. Amma o, təkcə idman növü deyil, həm də bir əyləncə, istirahət formasıdır. Bakıda üzgüçülüyə, bununla bağlı olaraq hovuzlara maraq son illərdə artmaqdadır. Amma heç də hər kəs hər hovuza etibar etmir, insanları gigiyena kimi məsələlər narahat edir. Bakının ödənişli hovuzlarına pul verib getməyə dəyərmi? Bakucity.az oxucuları üçün bu mövzunu araşdırıb. Bu materialda sizi maraqlandıran bir çox suallara cavab tapa biləcəksiniz.  

Faydalı istirahət 

"Aqua Sport Sağlamlıq Mərkəzi”nin direktoru Əfqan Bünyatov Bakucity.az-a açıqlamasında dedi ki, onların təmizləmə sistemi beynəlxalq standartlara uyğundur:

“Bizdə su hər gün filterdən keçir və dezinfeksiya olunur. Suyun "PH"-ını azaltmaq üçün hovuza xüsusi dərmanlar və xlor əlavə edirik.  İdman-müalicə kompleksimiz Bakı şəhərində hovuz, sauna, yoqa, idman və masaj zallarının birlikdə xidmət göstərdiyi ilk kompleksdir. 6 cığırlı böyük hovuzumuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. Hovuzun ən dərin yeri 1.90 sm, ən dayaz yeri isə 1.60 sm-dir. Bir dəfəlik istifadə zamanı hovuzda 1,5 saat ərzində üzməyə icazə verilir. Müsəssisəmizə müraciət edənlər üçün 8 və 12 aylıq abunə xidmətləri var. Biz 6 yaşdan yuxarı uşaqları qəbul edirik. Əlavə məşqçi xidməti 30 manata başa gəlir”

Bakının ən yaxşı hovuzları və qiymətləri - ARAŞDIRMA, fotoşəkil-1
Bakının ən yaxşı hovuzları və qiymətləri - ARAŞDIRMA, fotoşəkil-1

“Aquatic Palace Su İdmanı Sarayı”nın piar meneceri Elnar Əliyev isə qeyd etdi ki, onlarda su ən müasir texnologiya ilə filterdən keçir, hər saniyə yenilənir: 

“Bizim hovuza gəlmək üçün mütləq idmanla məşğul olmağa icazə verən həkim arayışı lazımdır. 3 qapalı və 2 açıq hovuzumuz var. Ən böyük hovuzumuz "Olimpiya" adlanır (50x25 m. dərinliyi- 3 m.). Məşq hovuzunun uzunluğu 25, dərinliyi 2 metrdir, hovuzun 20 cığırı var. Suya tullanmaq üçün hovuzun dərinliyi – 6 metr, sahəsi 20x25 metr ölçüyə malikdir”

“FS CLUB Megacity” idman komleksinin direktoru vəzifəsini icra edən Tərlan Almasov açıqlamasında bildirdi ki, bütün ərazinin və hovuzun gigiyenasına xüsusi diqqət yetirilir:

"Su gecə-gündüz süzülür. Hovuzun altında 3 növ qum olan 2 böyük filtr qurulub və su oradan keçərək təmizlənir. Bundan başqa, biz xlor əlavə edirik ki, mikrob olmasın. Suyun tərkibinə nəzarət etmək üçün gündə üç dəfə analiz götürürük. Hovuzun ərazisi də hər gün texniki xlorla təmizlənir".

Tərlan Almasov qeyd edir ki, ziyarətçilərin sağlamlıq haqqında arayış təqdim etmələri arzuolunandır. Əgər əməkdaşlar müştərinin allergiya və ya başqa sağlamlıq probleminin olduğunu müşahidə etsələr, tibbi arayış istəyəcəklər. 

Hovuzun uzunluğu 19 metr, dərinliyi - 1,55-1,65 sm-dir. Giriş üçün ödədiyiniz məbləğə 2 dəsmal, şkaf, şampun və gel daxildir. 

Bakının ən yaxşı hovuzları və qiymətləri - ARAŞDIRMA, fotoşəkil-2
Bakının ən yaxşı hovuzları və qiymətləri - ARAŞDIRMA, fotoşəkil-2

“Green City Luxury Spa Fitness”in inzibatçısı Samirə Muradova bildirdi ki, suyun təmizlənməsi üçün ozon və xlorun qarışığından istifadə olunur:

“Bizim mərkəzdə caqquzisi olan böyük hovuz var. Həftəiçi günlər üçün istifadə adambaşına 25, istirahət günləri isə 30 manata başa gəlir. Maksimum 4 uşaq olmaqla, müştərilərimizə ailə paketi də təklif edirik. Bunun üçün həftə içi 40, istirahət günləri isə 45 manat ödəmək lazım gəlir. Ailə üçün abunə xidməti 400 manatdır, bura üzgüçülükdən başqa, fitnes də daxildir. 3 yaşına qədər uşaqlar isə ödənişsiz üzə bilərlər”, - deyə S.Muradova bildirdi.

Hovuz seçirik 

“Astoriya” mərkəzinin hovuz xidmətindəki üstünlüyü kişi, qadın və uşaqlar üçün ayrı-ayrı zonaların olmasıdır. Üç yaşına qədər uşaqlar hovuza ödənişsiz buraxılırlar.

“Modern” komleksdə suyun təmizlənməsi dörd fazalı kimyəvi proseslə gündə 2 dəfə həyata keçirilir. 

“The Club Port Baku”da fəalaiyyət göstərən hovuz xlordan istifadə etmədən ozon sistemli su filtrasiyası ilə təmin edilib. Bu hovuzdan istifadə üçün həkim arayışı tələb olunmur.

Gənclik” kompleksində saat 14.00-dan 16:00-dək “qadın saatları” təklif edilir. Ziyarətçilərin rahatlığı üçün tibbi arayış elə buradaca, ixtisaslaşmış həkim kabinetində verilir. 

Sonda oxucularımıza paytaxtın hovuz xidməti təklif edən müəssisələri və qiymətləri təqdim edirik: 

Hovuz

Bir dəfəlik istifadə

Abunə

Uşaqlar üçün

Məşqçi xidməti

“AquaSport”

30 AZN

55-80 AZN

55-80 AZN

30 AZN

“AquaticPalace”

20 AZN

130 AZN

55 AZN

45 AZN

“FS Club Megacity”

12 AZN

80-90 AZN

70-60 AZN

3 AZN

“GreenCity”

25-30 AZN

250-400 AZN

18 AZN

80-240 AZN

“Astoriya”

10 AZN

60-80 AZN

48-70 AZN

20 AZN

“Modern”

7 AZN

85 AZN

60-40

9 AZN

“Sehrli Spa”

15 AZN

60-80

60-80 AZN

(10 yaşından böyük)

70-100 AZN (qrup halında)

“Gənclik”

12 AZN

10uşaqlar üçün

22 – böyüklər üçün

80-100 AZN

“Musado”

10 AZN

70-80 AZN

50-60 AZN

2 AZN

“F-Land”

5-8 AZN

60-44 AZN

60-44 AZN

60 AZN uşaqlar üçün

80 AZNböyüklər üçün

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Bakı ödənişli hovuz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. Azərbaycanda bu gün koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
Düşmən Tərtəri atəşə tutub. Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. BakuCity.az
Cəmiyyət
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir. BakuCity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, Nazirliyin Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin kiber mühitdə növbəti uğursuz təxribatını qeydə alıb. Belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 1 noyabr 2020-ci il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun fəaliyyə...
Cəmiyyət
Xəbər verdiyimiz kimi, oktyabrın 25-də koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, 946 nəfər koronavirusa yoluxub, 7 nəfər isə dünyasını dəyişib. Yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən "sms icazə" sistemi tədbiq edilə bilərmi? BakuCity.az xəbər verirki, bununla bağlı danışan Adil Qeybulla bildirib ki, yoluxma sayının 946-ya çatması sərt karantin tədbirlərinin görülməsinin zəruriyyətini yaradacaq: "Sərt karantin tədbirləri görülmə...
Cəmiyyət
Laçınla bağlı xoş xəbərlər eşidəcəyik. "Bir sıra məsələlər var ki, onlar operativ şəkildə həll edilməlidir. Lakin döyüçlərin gedişatında təəssüf ki, bəzi ləngimələr olub. O ləngimələrin nədən ibarət olduğunu isə Ali Baş Komandan və Müdafiə Nazirliyi daha yaxşı bildir. Yəqin ki, döyüşlər qələbə ilə yekunlaşdıqdan sonra bu haqda ətraflı məlumat veriləcək". Bu hərbi ekspert Üzeyir Cəfərova dünən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyi...
Cəmiyyət
Ermənistanın İranla həmsərhəd bölgəsində yerləşən Mehri rayonunda yeni istehkamlar qurulur. BakuCity.az xəbər verir ki, bu barədə məlumat Mehri rayon bələdiyyəsinin "Facebook” səhifəsində paylaşılıb. Məlumata görə, Mehri rayon ərazisində mövqelərin təhlükəsizliyini təmin etmək üçün təkərlərə  ehtiyac var. Rayon sakinlərinə edilən müraciətdə "KAMAZ” markalı yük maşınına aid təkərlərin Mehri şəhərinin Aqarak qəsəbəsindəki  gömrük məntəqəsinin yaxınlığında ye...
Cəmiyyət
Dünyanın ən gözəl papağı – erməni əsgərinin boş qalmış papağıdır.  Bu papaqlar keçən əsrin əvvəlində tayqulaq andraniklərin, njdelərin və  Qarakilsədə Musa babamın valideyinlərini məhv eləyən daşnakların  nəvələrinin bədənlərinə ağırlıq eliyən başlarından düşür. Daha doğrusu, igid zabit və əsgər  qardaşlarım düşürürlər...  Dünyanın ən gözəl  kəndləri isə sırtıq qonaqların çıxarılmasından sonra qaytarılan yaşayış məntələrimizdir – Suqovuşandı, Talışdı, Böyü...
Cəmiyyət
Ağcabədi rayonu atəşə tutulub. Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub. BakuCity.az xəbər vürir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. BakuCity.az
Cəmiyyət
“Azərkosmos” işğaldan azad edilən Qubadlı şəhərinin peyk görüntüsünü paylaşıb. BakuCity.az xəbər verir ki, görüntü peyk operatorunun tvitter səhifəsində dərc olunub. BakuCity.az