Bakı Şəhəri üzrə Təhsil İdarəsi vakansiyalar elan etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vakansiyalar elan etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müsabiqə elan etdi.

Bakucity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib.

Bu vəzifələr üzrə işə qəbul olmaq istəyənlər yanvarın 23-dən  http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesi fevralın 7-də saat 23:59-da başa çatacaq.

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti, test imtahanı mərhələsinə dəvət ediləcək.

Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər edilə bilər.

Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Bakucity.az

Vakansiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər