Bu il Bakıya qar yağacaq? - Baş hidroloq açıqladı

Bu il Bakıya qar yağacaq? - Baş hidroloq açıqladı, Javid

Paytaxtdakı temperatur iqlim normasından yüksəkdir.

Bakucity.az xəbər verir ki, yanvar ayı qış fəslinin ən soyuq aylarından biri hesab edilsə də, paytaxtda havanın temperaturu yüksək olaraq qalır. havanın temperaturu niyə yüksəkdir?

Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev mətbuata açıqlamasında bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından bir qədər yüksəkdir:

“Ümumi statistik məlumatlara nəzər salsaq, ölkə ərazisində yanvar ayında bundan da yüksək temperatur müşahidə olunub. Ancaq yanvar ayı üçün indiki temperatur xarakterik deyil. Çünki qış dövrüdür. Bu aylarda adətən qar, yağış yağmalıdır. Təkcə paytaxtda deyil, həmçinin bölgələrdə də bu cür hava şəraiti özünü göstərməlidir.

Son statistik məlumatlar onu göstərir ki, şaxtalı günlərin sayında azalma tendensiyası müşahidə olunur. Hazırda Bakı və Abşeron yarımadasında gecə saatlarında havanın tempraturu 1-3, gündüz saatlarında isə 6-9 dərəcə arasında dəyişir. Bu da iqlim normasından təqribən 1-2 dərəcə yüksəkdir”.

Asif Verdiyev qeyd edib ki, hazırda metereoloji şəraitlə əlaqədar ölkə ərazisində, eləcə də Bakıda və Abşeron yarımadasında hələ ki qarlı-şaxtalı havanın olmasına şərait yoxdur: “Yaxın 2-3 gün ərzində hava şəraitində ciddi dəyişiklik gözlənmir”. (metbuat.az)

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər