Bakıda itkin düşən yeniyetmə qız tapıldı: 2 həftə küçələrdə qalıb - FOTO

Bakıda itkin düşən yeniyetmə qız tapıldı: 2 həftə küçələrdə qalıb - FOTO, Javid

Yeniyetmə "Koroğlu" stansiyasının yaxınlığında tapılıb

Bakucity.az  xəbər verir ki, bir neçə həftə əvvəl itkin düşən 15 yaşlı Abşeron sakini Bakıda sakinlərin köməyi ilə tapılıb. Bu barədə itkin düşən Kifayət Vəlicanovanın atası Rauf Vəlicanov bildirib.

"Qızım iki həftəyə yaxın idi ki, küçələrdə qalırdı, onu metronun "Koroğlu" stansiyasının yaxınlığında tapdıq. Bir sakin bizimlə əlaqə saxlayaraq saytlarda axtarışa verilən qızı gördüyünü söylədi, biz də dərhal həmin yerə gedib Kifayəti tapdıq".

2004-cü il təvəllüdlü Kifayət Vəlicanova yaddaş pozğunluğundan əziyyət çəkirdi. Onun itməsi barədə polisə də məlumat verilmişdi. (Trend)

Bakucity.az

itkin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər