Sinoptiklər Bakıda hava müjdəsi verdi

Sinoptiklər Bakıda hava müjdəsi verdi, Javid

Arabir güclü külək əsəcək

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Bu barədə Bakucity.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu gecə 3-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60  faiz olacaq.

Sinoptiklər xəbərdarlıq edirlər ki, yanvarın 24-ü gündüzdən 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s olacaq, arabir 20-23 m/s-dək güclənəcək. 

Yanvarın 24-ü gündüz, 25-də əsasən dağlıq rayonlarda cənub-qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər