Bakının ortasında su borusu partladı - VİDEO

Bakının ortasında su borusu partladı - VİDEO, Javid

Su borusu təmir zamanı partlayıb

Bakucity.az xəbər verir ki, metronun “Qara Qarayev” stansiyası yaxınlığında Tofiq Abbasov 15 ünvanında təmir zamanı su borusu partlayıb. Təzyiqlə gələn su ətrafda gölməçə yaradıb. 

Hadisə ilə bağlı açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qurum əməkdaşları hadisə yerinə baxış keçirib:

“Hadisə Nizami rayonun Əlif Hacıyev küçəsi ilə Tofiq Abbasov 15 ünvanının kəsişməsində qeydə alınıb. Su borusu bərpa edilib. Müəyyən saatlarda ərazidə içməli suyun verilişində fasilələr yaranıb. Hazırda isə bütün işlər yekunlaşdırılıb, əraziyə içməli suyun verilməsində heç bir problem yoxdur”. (Oxu.az)

Bakucity.az

Su borusu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər