Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO

Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO

Yerli komediya filmi təqdim edilib.

Bakucity.az xəbər verir ki, “Gənclik Mall”da yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında çəkilən yerli “Taxi Liza” filminin təqdimatı keçirilib.

Kinoteatr filmin məzmununa uyğun olaraq orijinal dekorasiya ilə bəzədilib. Həmçinin musiqi, furşet və içkilər də olub.

Təqdimatda rejissorlar, istehsalçılar və media nümayəndələri ilə yanaşı, filmin prodüseri Vüqar Əliyev, rejissorlar Pərviz Həsənov və Cabir Hacıyev, quruluşçu rejissor Rövşən Ağayev, rejissor asistenti Sevda Əzizova, quruluşçu operator Həsən Aslanov, ssenari müəllifləri Nicat Dadaşov və başqaları iştirak ediblər.

Filmdə Fərda Amin, Zemfira Əbdülsəmədova, Cəfər Namiq Kamal, Faiq Mirzəyev, Xəyalə Quliyeva və digərləri rol alıblar.

Baş rollardan birini canlandıran Xəyalə Quliyeva Bakucity.az-a bundan əvvəl belə bir layihədə iştirak etmədiyini bildirib:

“Dərhal bu filmdə çəkilməyə razılıq verdim. Yəqin, intuisiyam yaxşı bir layihə olacağını mənə öncədən deyib. Filmin bütün kollektivinə təşəkkür edirəm, onlarla işləmək xoş idi. Çəkiliş zamanı mən özüm bütün tryukları, hətta ən təhlükəli olanları yerinə yetirdim. Dəhşətli idi (gülür)”.

Filmin baş rol ifaçısı, aktyor Fərda Amin də Bakucity.az-a açıqlama verib:

“Komandamız böyük idi və çox çalışdığımızı filmə baxarkən özünüz də görəcəksiniz. Qeyd edim ki, hər hansı bir film heyətini sevməsəm, onda mən onlarla işləmirəm. Bu kollektivlə işləməyi sevdim! Əlbəttə, bəzi tryukları yerinə yetirmək çətin idi. Səmimi desəm, bundan əvvəl mənə çəkiliş zamanı müxtəlif riskli manevrlərin edildiyi layihələrdən təklif gəlməmişdi”, - deyə aktyor bildirib.

Məşhur rejissor Aqil M.Quliyev isə öz növbəsində Azərbaycan kinosunun inkişafı barədə danışıb:

“Tamaşaçı filmə baxmağa gələndə, həmişə nəsə gözəl bir şey gözləyir. Çünki izləyicilərin emosiyaya ehtiyacı var! Bunun üçün bura, filmə baxmağa gəlirlər. Hər halda, belə bir inkişaf yerli film sənayesində müşahidə olunur. Müstəqil film bazarı özü yaradıb özü yaşayır, yaxşı işə, ciddi biznesə çevrilir. Baxaq görək, bu hara aparıb çıxaracaq.”

Filmin premyerasına gələn aktyor Elməddin Cəfərovla da həmsöhbət olduq:

"Bu günki premyeranın əla olacağını düşünürəm! Layihənin bütün iştirakçılarına isə həmişə qazandıqları uğurdan arzulayıram. Milli kinomuzun inkişafının davamlı olmasını istəyirəm, biz yüksək səviyyəli filmlər istehsal edə bilərik. “Taksi Liza” nın isə gəlirli proyektə çevrilməsini arzulayıram".

Filmdə Dursun taksi sürücüsüdür. Düz yeddi dəfə sevdiyi qıza elçi getsə də, qızın atası İftixar bəy qızını taksi sürücüsünə vermir. Həmin ərəfədə İftixar bəy Bakıya gətizdirdiyi məşhur “Mona Liza” əsərini sərgidə nümayiş etdirməyi planlayır. Amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır.

Qeyd edək ki, film yanvarın 24-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Tədbirin təşkilatçısı qismində  “Cinemazadeh” dublyaj studiyası, "Cinema Distribution", kafe “Kolorit”, “Yol Nişan”, “Red Bull” və “Ganja Sharab” çıxış ediblər.

Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-1 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-2 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-3 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-4 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-5 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-6 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-7 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-8 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-9 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-10 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-11 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-12 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-13 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-14 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-15 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-16 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-17 Bakıda "CinemaPlus"-da “Taxi Liza” filminin təqdimatı oldu -DOTO, fotoşəkil-18

Züleyxa İsmayılova

Bakucity.az

Təqdimat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər