Bakıda gənc rəssamların əsərləri sərgilənəcək

Bakıda gənc rəssamların əsərləri sərgilənəcək, Javid

50 gənc fırça ustasının 200-dən çox sənət əsəri nümayiş olunacaq

Bakucity.az xəbər verir ki, fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda gənclər gününə həsr edilmiş sərgi açılacaq.

İttifaqdan  məlumat verilib ki, sərgi Gənclər və İdman Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə 150 gənc fırça ustasının 200-dən çox sənət əsəri nümayiş olunacaq.

Sərginin ekspozisiyasında incəsənətin bütün janrlarında olan əsərlər yer alacaq. Dörd gün ziyarətçilər üçün açıq qalacaq sərgiyə hər kəsin baxmaq imkanı var.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər